“Biz Allahdan möcüzə gözləyirdik, inanmırdıq ki, Azəri itirərik”
“Azərin ürəyi çox təmiz idi, heç kimə pislik etməzdi”.
“İNFONEWS” Metbuat.az-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında aktyor Azər Baxşəliyevin dəfn mərasimi zamanı həmkarı və dostu Ramil Babayev deyib.
“Azər yaşca onlardan kiçik olsa da, ən ağsaqqal da o, idi. Həmişə bizə öyüd-nəsihət verirdi. Biz Allahdan möcüzə gözləyirdik, inanmırdıq ki, Azəri itirərik, amma olmadı. Vəfat səbəbi böyrək çatışmazlığı və beyninə qan sızması olub. Heç kimi incitmədən getdi”, – Ramil Babayev qeyd edib.
Xatırladaq ki, aktyor Azər Baxşəliyev poliorqan çatışmazlığından əziyyət çəkirdi, orqanizmi yaşama qabiliyyətini itirmişdi. Dünən axşamdan etibarən həkimlərin səylərinə baxmayaraq, aktyorun ümumi vəziyyətində geridönməz proseslər baş verib. O dünən vəfat edib.