Hospitalda həkim əməliyyat zamanı doğum gününü qeyd etdi

Hospitalda həkim əməliyyat zamanı doğum gününü qeyd etdi

Səhiyyə Nazirliyi Bakıda yerləşən “German Hospital” adlı özəl xəstəxanada əməliyyat zamanı cərrahın ad gününün qeyd edilməsinə münasibət bildirib.

“İNFONEWS” – un Nazirliyin Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumatına görə, faktla bağlı yoxlamalara başlanılıb. Qurumdan məsələnin ciddi araşdırılacağı bildirilib.

Açıqlamada qeyd olunur ki, yoxlamanın nəticəsi barədə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, “German Hospital”da əməliyyat zamanı həmkarları mama-ginekoloqu Ləman Əliyevaya doğum günü sürprizi ediblər. Onlar əməliyyat otağına xüsusi steril qaydalara əməl etmədən daxil olaraq, həkimi doğum günü münasibətilə təbrik ediblər. L.Əliyeva təbriki qəbul edib, şamı üfürüb. Həm həkim, həm də həmkarları gigiyena qaydalarına məhəl qoymamaqda ittiham edilirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir