Naxçıvanda kitabxanaların maddi-texniki bazası gücləndirilib

Naxçıvanda kitabxanaların maddi-texniki bazası gücləndirilib

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muxtar respublika əhəmiyyətli Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A. Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası, həmçinin rayon (şəhər) mədəniyyət idarə və şöbələrinin tabeliyində fəaliyyət göstərən mərkəzləşdirilmiş kitabxana sistemlərinin maddi-texniki bazası gücləndirilib, kitabxana əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılması, oxuculara müasir standartlara uyğun xidmət göstərilməsi günün tələblərinə uyğunlaşdırılıb.

“İNFONEWS”  AZƏRTAC-a istinadən xəbər verir ki, nazirlik tərəfindən adıçəkilən müəssisələrə 8 adda kompüter, printer və digər avadanlıqlar təhvil verilib.

Gələcəkdə də nazirliyə tabe və sisteminə daxil olan müəssisə və təşkilatların maddi-texniki bazasının gücləndirilməsi işləri davam etdiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir