Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.

“İNFONEWS” xəbər verir ki, bələdiyyə seçkilərində 685 yer uğrunda 16 min 92 namizəd mübarizə aparacaq. 118 seçki dairəsi 8071 üzv seçiləcək.

Seçkilərdə 24 siyasi partiyanın nümayəndəsi namizəd kimi qeydə alınıb. Namizədlərin 8 min 504 nəfəri partiya mənsubiyyətli, 7 min 588 nəfəri isə bitərəfdir.

Ümumilikdə 5 milyon 961 min 987 nəfər seçicinin səs verməsi üçün 5846 seçki məntəqəsi ( 5734 məntəqə daimi, 112 məntəqə isə müvəqqətidir) fəaliyyət göstərəcək.

Bələdiyyə seçkiləri Azərbaycanın azad olunmuş ərazilərində keçirilməyəcək.

Bələdiyyə seçkilərini 70 min 625 nəfər yerli müşahidəçi izləyəcək. Müşahidəçilərdən 26260-ı 24 siyasi partiya tərəfindən təqdim olunan müşahidəçilərdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir