Bu sözləri Bakı Avrasiya Universitetinin İnnovasiya sektorunun müdiri, filosof Kamran Qasımov “İnfonews.az” saytına açıqlamasında deyib. O, sözlərinə aşağıdakılarla davam edib:
Təlimçi hər hansı bir sahədə ən azı 3-5 il işləyib, real problemlərlə üzləşmiş, çətinliklərdən keçmiş, uğursuzluq dadmış və yalnız bundan sonra başqalarına yol göstərə bilən insandır. Təkcə nəzəriyyəni bilmək təcrübənin yerini verə bilməz. Bir həkim tibb kitablarını oxuyub cərrah olmur, bir mühəndis yalnız riyaziyyat bilib körpü tikmir. Eyni şəkildə, real həyat təcrübəsi olmadan, yalnız söz yığımı ilə insanlara yol göstərmək fırıldaqçılığın bir başqa formasıdır.