“Ozan dünyası” jurnalının bu il üçün ilk nömrəsi işıq üzü görüb
“Ozan dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin nəşri olan “Ozan dünyası” jurnalının bu il üçün ilk nömrəsi işıq üzü görüb.
“İNFONEWS” – un Birlikdən əldə etdiyi məlumatında bildirilib ki, jurnalın ilk səhifəsi Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 75 illiyinə həsr olunub.
Bu sayda Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun “Mən dünyanı durultmağa çalışdım”, yazıçı-publisist Ramiz Göyüşün “Zəlimxan Yaqub – xatirələrə dönmüş ömür”, Süleyman Sülüymanovun “Aşıq Hüseyn Saraçlı”, İlqar İmamverdiyevin “İnsanın əlası, ustadlığın piri, sənətin zirvəsi”, Salman Qaraların “Qoşmanın misradaxili bölgüləri haqqında”, gənc araşdırmaçı Amil Səliminin “Azərbaycan kinofilmlərində aşıq havalarının təcəssümü”, şair-publisist Əkbər Qoşalının “Təbrizli, İmanlı Təbriz İman” adlı elmi-publisistik məqalələri və aşıq yaradıcılığı ilə bağlı digər yazılar və poeziya nümunələri yer alıb.