“SİZİN SƏDANIZA VƏTƏN SƏSLƏNİR” – Uğur və Toğrul qardaşları

“SİZİN SƏDANIZA VƏTƏN SƏSLƏNİR” – Uğur və Toğrul qardaşları

“İNFONEWS” təqdim edir.

“Zəfər Sədası” uşaq xor qrupundakı əziz Şəhid övladlarının istedadlarını geniş ictimaiyyətə çatdırmaq, onların yaradıcılıq fəaliyyətini dəstəkləmək məqsədi ilə “SİZİN SƏDANIZA VƏTƏN SƏSLƏNİR” layihəsinə AZƏRTAC-ın müxbiri, 2021-ci ilin iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək həlak olan Şəhid Məhərrəm Əli oğlu İbrahimovun övladları Uğur və Toğrul qardaşları ilə start veririk.

 

Tanış olun: Uğur Məhərrəm oğlu İbrahim

Onun 12 yaşı var, 6-cı sinifdə oxuyur.

“Atamın cəsur, qəhrəman, mərhəmətli, ürəyində Vətən sevgisi olması mənim üçün ən gözəl və dəyərli hisslərdən biridir. Atamla həmişə qürur duymuşam. Mənim atam bu savaşa silahla yox, qələmi ilə qatıldı. Müharibə dövründə yaşım az olsa da, televiziya ekranlarında atamı görəndə çox sevinirdim, “Baxın, bu mənim atamdır!” deyərdim. Mən fəxr edirəm ki, qəhrəman atamın oğluyam.”

Tanış olun: Toğrul Məhərrəm oğlu İbrahim

Onun 9 yaşı var, 4-cü sinifdə oxuyur.

“Mənim atam cəsurdur, igiddir. Elə hiss edirərim ki, atam çox mehriban, xoşxasiyyətli olub. Mənim atam qəhramandır. Mən də atamla qürur duyuram. Hamı onu tanıyır”

Şəhid Məhərrəm İbrahimovun ruhu şad olsun!

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir