Meyxanaçı Ağa Kərim vəfat edib – ALLAH RƏHMƏT ELƏSİN!
Meyxanaçı Ağa Kərim (Kərim Novruzov) vəfat edib.
“İNFONEWS” xəbər verir ki, bu barədə ilkin məlumatlar sosial şəbəkələrdə paylaşılıb.
Xatırladaq ki, 2017-ci ilin martında meyxanaçı Ağakərimin beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb.
Ağakərimin yaxın dostu, meyxanaçı Ağamirzə Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, mərhumun nəşi dekabrın 20-də Maştağa qəbiristanlığında torpağa tapşırılacaq.
Kərim Novruzov 1964-cü ildə Bakının Maştağa kəndində anadan olub. O, 1991-ci ildə meyxana müsabiqəsinin qalibi olub.
Allah rəhmət eləsin!