Maduronun oğlu ictimaiyyətə açıqlamasında atasına xitab edərək ağladı
Venesuela prezidenti Nikolas Maduronun oğlu Gerra Maduro atasının ABŞ qüvvələri tərəfindən əsir götürülməsindən sonra ictimaiyyətə açıqlama verib.
“İNFONEWS” xəbər verir ki, oğul Maduro Venesuela Milli Assambleyasında çıxışında deyib:
“Ata, bu ailədə hamımızı güclü etdin. Budur, sən qayıdana qədər biz öz borcumuzu yerinə yetiririk. Vətən etibarlı əllərdədir, ata. Və tezliklə burada, Venesuelada bir-birimizi qucaqlayacağıq”, – 35 yaşlı parlamentari atasına xitab edərək ağlayıb.
Venesuela dövlət televiziyası parlamentdən görüntülər yayımlayıb.
Yanvarın 3-də ABŞ prezidentinin əmri ilə ABŞ qüvvələri Nikolas Maduronu və onun həyat yoldaşı Silia Floresi Karakasda ələ keçirərək Nyu-Yorka aparıblar və burada məhkəmə Venesuelalı siyasətçini narkotika-terrorçuluq ittihamı ilə ittiham edib. Venesuela prezidenti və həyat yoldaşı günahını etiraf etmir.