“SİZİN SƏDANIZA VƏTƏN SƏSLƏNİR” – Fatimə Babayeva
“İNFONEWS” təqdim edir:
“Zəfər Sədası” uşaq xor qrupundakı sevimli Şəhid övladlarının istedadlarını geniş ictimaiyyətə çatdırmaq, onların yaradıcılıq fəaliyyətini dəstəkləmək məqsədi ilə “SİZİN SƏDANIZA VƏTƏN SƏSLƏNİR” layihəsinin bu buraxılışının qonaqları 2020-ci ildə Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş Baş gizir Murad Nadir oğlu Babayevin əziz övladlarından biri Fatimədir.

Tanış olaq: Fatimə Murad qızı Babayeva
Onun 13 yaşı var, 7-ci sinifdə oxuyur.
Atam haqqında danışanda onun necə mehriban, necə qayğıkeş olduğunu, necə bir qəhrəman olduğunu düşünürəm. Atamın mənə dediklərini hələ də ürəyimdə daşıyıram. Mənə verdiyi dərslər, həyatımda yaratdığı izlərin hər anı mənimlədir.
Mənə “Sənin atan qəhrəmandır” deyəndə, onunla fəxr edirəm. Həmin anda atamın mərdliyi, igidliyi, qəhrəmanlığı gözlərim önündə canlanır və elə bil, hələ də yanımda durduğunu, məni yenə də qoruduğunu hiss edirəm. Onun gücü hər zaman mənə dəstək olmaq istəyinin hissi içimi doldurur. Hər zaman inanır və əmin oluram ki, atam mənə baxır və mənimlədir.

Şəhid Murad Babayevin ruhu şad olsun!
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!