Rəsmi səfərin romantik anları “Günün fotosu”na çevrilib
Fevarlın 10-da Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Cey Di Vens Azərbaycana rəsmi səfər edib.
“İNFONEWS” Day.Az-a istinadən xəbər verir ki, Bakıya səfər romantik anlardan da kənar keçməyib.
Belə ki, C.D. Vensin Bakının hava limanında ABŞ-nin İkinci xanımı Uşa Vens ilə öpüşü fotoqrafların obyektivinə düşüb.
Şəkil dünya şöhrətli xəbər agentliklərinin baş səhifələrini bəzəyib.
“Reuters” şəkli “Günün fotosu” olaraq təqdim edib.
Qeyd edək ki, səfər çərçivəsində Bakı şəhərində Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya imzalanıb.
