“Uşaqların hüquqlarını birlikdə qoruyaq” -Maarifləndirici NƏŞR

“Uşaqların hüquqlarını birlikdə qoruyaq” -Maarifləndirici NƏŞR

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə uşaqların biliklərinin artırılması məqsədilə “Uşaqların hüquqlarını birlikdə qoruyaq” adlı maarifləndirici vəsait hazırlanıb.

“İNFONEWS” -un Ombudsman Aparatının Mətbuat xidmətindən əldə etdiyi məlumatında bildirilib ki, vəsaitdə uşaqların hüquq və vəzifələri, ombudsmanın və onun uşaq hüquqlarının müdafiəsi sahəsində rolu, müvəkkilə müraciət imkanları barədə məlumatlar uşaqlar üçün anlaşılan üslubda təqdim olunub.

Vəsait barədə geniş məlumatı keçidə daxil olmaqla əldə edə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir