Elmi İrs şöbəsi əməkdaşları Milli Arxiv İdarəsində təcrübə keçib

Elmi İrs şöbəsi əməkdaşları Milli Arxiv İdarəsində təcrübə keçib

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti Aparatının Elmi İrs şöbəsinin əməkdaşları Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Arxiv sənədlərinin nəşri, istifadəsi, informasiya təminatı, Arxiv işinin rəqəmsallaşdırılması və innovasiyalar şöbələri, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi nəzdində Mərkəzi Laboratoriyada təcrübə keçiblər.

“İNFONEWS” – a idarədən verilən məlumata görə, əməkdaşlar Milli Arxiv İdarəsində arxiv sənədlərinin elektron daşıyıcılara köçürülməsi, rəqəmsallaşdırılması, skaner avadanlığının iş prinsipləri, arxiv sənədlərinin dövlət informasiya ehtiyatları və sistemlərinə inteqrasiyası ilə bağlı biliklərini təkmilləşdiriblər.

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət Arxivləri sənədlərinin mikrofilmləşdirilməsi, bərpası, cildlənməsi üzrə Mərkəzi Laboratoriyada əməkdaşların keçdiyi təcrübə proqramı başa çatıb.

Təlim müddətində əməkdaşlar arxiv sənədlərinin bərpası istiqamətində praktiki fəaliyyətə cəlb olunan, zədələnmiş sənədlərin bərpasını həyata keçiriblər. Elmi irs şöbəsinin Rəqəmsal Arxiv sektorunun müdiri Ramin Həsənov, baş mütəxəssislər –Milana Aydınovna, Nofəl Həmidov bərpa prosesinə cəlb edilən sənədlərin müvafiq mərhələlərdən keçirilməsi prosesini öyrəniblər.

Hazırda şöbədə mühafizə edilən sənədlərin rəqəmsallaşdırılması, bərpası və cildlənməsi prosesi davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir