Alen Simonyan Sahibə Qafarovanı Ermənistana dəvət etdi
“Uyğun səbəb və rəsmi dəvət olacağı təqdirdə, Azərbaycana səfər etməyə hazıram”
“İNFONEWS” -un Ermənistan mediasına istinadən xəbər verir ki, bunu parlamentin spikeri Alen Simonyan jurnalistlərə bildirib.
Onun sözlərinə görə, belə bir dəvət olarsa, Bakıya getməkdən çəkinməyəcək.
Simonyan, eyni zamanda, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı Ermənistana səfərə dəvət edib.