“Stanislavski ve Oyunculuk sanatının grameri”- KİTAB TƏQDİMATI

“Stanislavski ve Oyunculuk sanatının grameri”- KİTAB TƏQDİMATI

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU)  (“Stanislavski və aktyor sənətinin qrammatikası”) kitabının təqdimat mərasimi keçirilib.

“İNFONEWS” xəbər verir ki, Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor İsrafil İsrafilovun bu kitabı Türkiyədə çap olunub.

Təqdimat mərasimində müəllif İsrafil İsrafilov, tərcüməçilər Ali Asker və Mahire Asker, Elm və yaradıcılıq işləri üzrə prorektor Sədaqət Əliyeva, universitetin professor-müəllim heyəti, Teatr sənəti fakültəsinin tələbələri iştirak ediblər.
Kitabın tərcüməçilərindən olan Karabük Universitetinin Beynəlxalq münasibətlər kafedrasının professoru Ali Asker çıxışında bu kitaba Türkiyə ali məktəblərində böyük ehtiyac olduğunu vurğulayıb. O bildirib ki, indiyə qədər Stanislavksi sistemi, yaradıcılığı haqqında türk teatr xadimlərinin məlumatları səthi, qarışıq olub. Bu səbəbdən Türkiyənin teatr təhsili verən ali məktəbləri tərcümənin nəşrini sevinclə qarşılayıblar.
Tədbirdə iştirak edən ADMİU-nun professorları Aydın Talıbzadə, Əli Əmirli, Gülşad Baxşıyeva, Azad Şükürov, Məmmədsəfa Qasımov, Teatr sənəti fakültəsinin dekanı dosent Kəmalə Mehdiyeva müəllif İsrafil İsrafilov haqqında dəyərli fikirlərini səsləndirib, onun bu kitab üzərində çəkdiyi zəhmətin dəyərini vurğulayıblar.
Sonda çıxış edən müəllif kitabın yazılma ideyasından, məqsədindən müraciət etdiyi mənbələrdən danışıb. O, kitaba qonşu ölkələrdə olan yüksək maraqdan bəhs edib.
Qeyd edək ki, daha öncə Azərbaycan dilində çap olunmuş sözügedən kitab ötən il İranda fars dilində də işıq üzü görüb. Hazırda Özbəkistanda da kitabın özbək dilində tərcüməsi üzərində iş gedir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir