36 492 nəfər keçmiş məcburi köçkün doğma yurdlarına geri dönüb
“2025-ci ilin dövlət büdcəsinin icrası təsdiq edir ki, ötən il fiskal diversifikasiya meyilləri daha da sürətlənib. Belə ki, qeyri neft-qaz sektorunun dövlət büdcəsinə töhvəsi 20 milyard 356 milyon manat olub. Bu büdcə gəlirlərinin 52 faizi deməkdir. Göründüyü kimi, fiskal gəlirlərimizdə qeyri neft-qaz sektoru enerji sektoruna nibsətən daha çox paya malikdir”.
“İNFONEWS” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, 2025-ci ildə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 16 milyard 335 milyon manat daxil olub ki, onun da 73.4 faizi qeyri neft-qaz sektorunun payına düşüb:
“Bu qeyri neft-qaz sektorundan 12 milyard manatdan çox daxil olma deməkdir. 2025-ci ildə görmrük orqanları dövlət büdcəsinə 6 milyard 369 milyon manat ödəyiblər. İnkişaf etmiş dövlətlərin təcrübəsini nəzərə alsaq gömrük qurumlarının funksiyası fiksal hədəflərdən daha çox iqtisadi təhlükəsizliyin daha da gücləndirilməsidir. Bu baxımdan, Azərbaycanda da ekosistemdəki mövcud keyfiyyət dəyişikliklərini nəzərə alsaq gömrük xətti ilə fiskal ödənişlərinin azalması iqtisadi baxımdan anlışılan olmalıdır. Digər tərəfdən, dövlətin sahibkarlara güzəşt dəstəyinin genişləndirilməsi də bu istiqamətdə gəlirlərə birbaşa təsir göstərir. Qeyri neft-qaz sektoru üzrə vergi tədiyyə növləri üzrə icra göstəricilərinə diqqət yetirəndə qeyri neft-qaz sektorunda mənfəət vergisi üzrə proqnoza 219 milyon manat və ya 5.3 faiz az əməl edilməsi diqqəti xüsusi cəlb edir. Bu baxımdan, iqtisadi islahatların dərinləşdiyini nəzər aldıqda birbaşa vergilərin payının artırılması prioritet olaraq qalmaqdadır. Bəzi daxil olma mənbələri üzrə büdcəyə ödənilən vəsaitin məbləğində proqnoza nisbətən kəskin kənarlaşmalar və xüsusən artımlar qeydə alınıb. Məsələn, proqnoza nisbətən torpaqların icrayə və idarəetməyə verilməsindən daxil olan vəsait 36.8 faiz, büdcə təşkilatlartın ödənişli xidmətlərdən əldə edilən vəsait 24.0 faiz, sair daxilolmalar büdcəyə ödənilən vəsait 45.5 faiz çox olub. Artımların daha yüksək faiz ilə ifadə olunması birmənalı şəkildə müsbət məqamdır. Bununla yanaşı, həmin maddələr üzrə proqnozlar hazırlanan zaman fundamental dəyişikliklərin tam nəzərə alınması olduqca vacibidr. Təbii ki, Maliyyə Nazirliyi tərəfindən xərclərin səmərəliliyin artırılması ilə bağlı həyata keçirilən fəaliyyətlər təqdirəlayiqdir və dəstəklənməlidir. Bununla yanaşı, növbəti büdcə proqnozlarında sifarişlərin öncədən daha konkret nəzərə alınması da vacib olaraq qalmaqdadır.
Son rəsmi statistikaya görə, işğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 88 123 nəfərə çatıb və 36 492 nəfər keçmiş məcburi köçkün geri qayıdıb. Azərbaycanın daxili maliyyə mənbələri, dövlət büdcəsi hesabına Qarabağ yenidən qurulur və inkişaf edir”.