Xalq şairi Nigar Rəfibəylinin doğum gününə ehtiramla AYRILIQ

Xalq şairi Nigar Rəfibəylinin doğum gününə ehtiramla AYRILIQ

Bu gün Azərbaycanın Xalq şairi Nigar Rəfibəylinin doğum günüdür. Xalqımızın əziz şairəsini dərin hörmət və ehtiramla yad edirik.

“İNFONEWS” təqdim edir:

AYRILIQ

Mən ki doymamışdım heç vüsalından,

Mənə zülm elədi yaman ayrılıq.

Nə olardı bir gün durub yuxudan

Görəydim ki, olub yalan ayrılıq…

Biz ki bir ruh idik iki bədəndə,

O gülüb-sevinsə, gülərdim mən də,

Vüsalın bülbülü uçub gedəndə

Daş kimi qəlbimdə qalan ayrılıq.

Kim qıydı dostların bahar elinə?

Mehriban sözünə, şirin dilinə,

Cananın sazını alıb əlinə

Əğyar mizrabıyla çalan ayrılıq.

Mən görəndə orda yaz səhəriydi,

Xoş nəfəs baharın küləkləriydi,

Açılan ağ badam çiçəkləriydi,

İndi onlardımı solan, ayrılıq!

Gün çıxar, dağların əriyər qarı,

Pozulmaz dostların əhdi, ilqarı,

Keçər ürək dərdi, könül qubarı,

Gəl etmə meydanda cövlan, ayrılıq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir