“FotoBax” Milli Fotomüsabiqəsinə müraciət prosesi davam edir

“FotoBax” Milli Fotomüsabiqəsinə müraciət prosesi davam edir

18 yaşadək uşaq və yeniyetmələr üçün təşkil olunan “FotoBax” milli fotomüsabiqəsinə müraciət prosesi davam edir.

“İNFONEWS” xəbər verir ki, müsabiqə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın himayəsi, “Reza Visual Academy” assosiasiyasının təsisçisi, beynəlxalq fotoqraf Reza Deqatinin təşəbbüsü ilə keçirilir.

Müsabiqənin məqsədi uşaqlar və gənclər arasında ekoloji şüuru artırmaq, onların Azərbaycanın təbiətinə maraq və sevgisini gücləndirmək, həmçinin fotoqrafiya vasitəsilə öz fikirlərini ifadə etmələrinə imkan yaratmaqdır.

İştirak etmək istəyənlər çəkdikləri 20-yə qədər fotoşəkli 21 sentyabr tarixinədək *www.fotobax.az⁠* saytı vasitəsilə təqdim edə bilərlər.

Müsabiqədə yalnız 18 yaşadək uşaqlar və yeniyetmələr iştirak edə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir