“Azərbaycan Vəkili” jurnalının yeni nömrəsi işıq üzü görüb

“Azərbaycan Vəkili” jurnalının yeni nömrəsi işıq üzü görüb

Baş redaktoru Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri hüquq üzrə fəlsəfə doktoru Anar Bağırov olan “Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının 2026-cı il üzrə ilk (№1 (27)) buraxılışı nəşr edilib.

“İNFONEWS” – un Vəkillər Kollegiyasından əldə etdiyi məlumatına görə, nəşrin yeni nömrəsində tanınmış hüquq alimlərinin, vəkillərin, praktik hüquqşünasların, həmçinin doktorant və tələbələrin müəllifi olduğu 20 elmi məqalə yer alıb. Hüququn müxtəlif sahələrini əhatə edən bu aktual yazılar redaksiya heyətinin və kənar ekspertlərin müsbət rəyini qazanıb. Jurnaldakı hər bir material antiplagiat yoxlamasından keçirilib, DOI indeksi, açar sözlər və üç dildə (Azərbaycan, ingilis, rus) geniş xülasələrlə təmin olunub.

Görkəmli yerli və beynəlxalq hüquqşünasların təmsil olunduğu jurnalda, həmçinin Konstitusiya Məhkəməsinin, Ali Məhkəmə Plenumunun qərarları və Vəkillər Kollegiyasının 2026-cı ilin yanvar-may ayları üzrə fəaliyyət xəbərləri dərc edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir