“GÜNƏBAXANLAR” təqdim edir: “SƏN HANSI DÜNYADASAN?!”

“GÜNƏBAXANLAR” təqdim edir: “SƏN HANSI DÜNYADASAN?!”

“İNFONEWS” –  un “GÜNƏBAXANLAR” yay forumunda POEZİYA

SƏN HANSI DÜNYADASAN?!

İzini itirmişəm, hansı yoldasan?
Bəlkə mənimləsən, lap yanımdasan.
Donmuş ruhumla mən axtardım səni,
Sən demə uzaqlarda bir dünyadasan.
Mən ki sənin əlindən bərk yapışmışdım,
Ayrılıq kəlməsini heç anmamışdım,
Dualarımda səni unutmamışdım,
Sən demə imansızla bir dünyadasan.
Sevinc də kədər olub sardı boynumu,
Nə deyək qismətin bir oyunudurmu?
Tufanlar vəhşətilə kəsdi yolumu,
Sən demə yaz gəlməyən bir dünyadasan.
Axtardım, aradım hər səhər, hər gecə,
Ruhumu yolladım mən yanına gizlicə,
Tapmadı, çağırdım mən səni xəlvətcə,
Bəlkə, elə mənimlə bir dünyadasan.
Mirlazım DADAŞOV  (gənc şair, yazar)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir