Yaponiya İmperatoru doğum gününü qonaqların iştirakı ilə qeyd edib
“İNFONEWS” xəbər verir.
Fevralın 23-də Yaponiya İmperatoru Naruhito anadan olmasının 61-ci ildönümü ilə əlaqədar İmperator sarayında keçirilən mərasimdə qonaqları salamlayıb.
Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, İmperatorun doğum gününə həsr olunan mərasimdə Baş nazir Yoşihide Suqa, hökumət üzvləri, deputatlar və səfirlər iştirak ediblər.
Baş nazir Yoşihide Suqa və bir neçə ölkənin səfiri İmperator Naruhitonu doğum günü münasibətilə təbrik ediblər. Təbriklərə görə qonaqlara minnətdarlığını bildirən İmperator onlara cansağlığı və işlərində uğurlar arzulayıb.
Qeyd edək ki, cari ildə də İmperatorun doğum günü mərasimi koronavirus pandemiyasına görə qonaqların sayı azaldılaraq keçirilib. İmperatorun doğum günü münasibətilə paytaxt sakinlərinin sarayın ərazisində toplaşmasına da icazə verilməyib. Həmçinin doğum günü münasibətilə banket də keçirilməyib.