Ötən ay gümüş istehsalı azalıb

Ötən ay gümüş istehsalı azalıb

“İNFONEWS” xəbər verir.

Yanvar ayında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 421,5 kiloqramı gümüşün payına düşüb.

Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, bu göstərici keçən ilin müvafiq ayı ilə müqayisədə 22 faiz azalıb.

Cari ilin fevralın 1-nə olan vəziyyətə əsasən, hazır gümüş ehtiyatı 414,1 kiloqram təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir