Ermənistan “Metsamor”un istismar müddətini 2036-cı ilədək artırmaq istəyir
“İNFONEWS” “Trend” -ə istinadən xəbər verir.
Ermənistan Metsamordakı atom elektrik stansiyasının (AES) istismar müddətini 2036-cı ilədək uzatmaq niyyətindədir.
Bunu stansiyanın baş direktoru Movses Vardanyan deyib.
O bildirib ki, 2015-16-cı illərdə AES-in fəaliyyət müddətinin uzadılması ilə bağlı müəyyən işlər görülüb.
Hazırda stansiyanın fəaliyyətdə olan ikinci reaktoru 1980-ci ildə istifadəyə verilib və 2026-cı ildə istismar müddətini başa vurmalıdır.