Ötən 1 ildə neft qiymətləri artan istiqamətdə dəyişib

Ötən 1 ildə neft qiymətləri artan istiqamətdə dəyişib

Son 1 ildə dünya birjalarında neft qiymətləri artan istiqamətdə dəyişib.

“İNFONEWS” AZƏRTAC-a istinadən xəbər verir ki, “Light” markalı neftin bir barrelinin qiyməti epidemiya narahatlığı səbəbindən keçən il mənfi 40 dollara düşmüşdü. Ötən müddətdə isə iştirakçılar bazarda natamam canlanmanı izləyib və hazırda “Light”ın qiyməti 63 dollar civarındadır. Baxmayaraq ki, ötən ilin bu vaxtlarında neftin mənfi qiymətləri hökm sürürdü.

Xam neft qiymətləri 2021-ci ildə iqtisadiyyatların yenidən canlanacağı gözləntiləri fonunda 30 faizdən çox artıb. Digər tərəfdən “OPEC+” neft tələbatının artması ilə yaxın aylardan etibarən istehsal məhdudiyyətlərini mərhələli şəkildə azaltmağa başlayacaq.

Hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 67 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 63 dollara alıcı axtarır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir