Dövlətə məxsus avtomobillə qayda pozdu
Gəncədə dövlət qurumlarından birinin avtomobili ilə ciddi qayda pozuntusuna yol verilib. Həmin avtomobil magistral yolda nəqliyyat axının əksinə hərəkət edib. Qayda pozuntusuna yol verən avtomobilin nazirliklərdən birinin tabeli qurumuna məxsus olduğu aşkar edilib.
“İNFONEWS” Xəzər TV-yə istinadən xəbər verir ki, minik maşının sürücüsü avtomagistralda əks istiqamətdə hərəkət edir. Bu azmış kimi sürəti də xeyli yüksəkdir. Videonu qeydə alan şəxs avtomobilin dövlət qurumlarından birinə məxsus olduğu deyir.
Görüntülər ötən gün səhər saatlarında çəkilib. Avtomobil sürətlə hərəkət etdiyi üçün onun dövlət qeydiyyat nişanının neçə olduğu bilinmir
Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı bildirdi ki, sürücü nəqliyyat axının əksinə hərəkət edərək ciddi qayda pozuntusuna yol verir. Bununla da Yol Hərəkəti Haqqında qanunun tələbi pozulub
Dövlət avtomobil Nəqliyyatı Xidməti məsələyə münasibət bildirib. Qurumun sözçüsü Nuridə Allahyarovanın sözlərinə görə, həmin avtomobili idarə edən şəxs Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Avtomobil Nəqliyyatı ilə Daşımaları MMC-nin əməkdaşıdır.
Respublika Baş Dövlət Yol Polisi də artıq bu məsələni araşdırıb və qayda pozan sürücü inzibati xətalar məcəlləsinə uyğun şəkildə cərimə edilib.