NDU-da tələbələrin xalça və tikmə nümunələrindən ibarət sərgisi açılıb

NDU-da tələbələrin xalça və tikmə nümunələrindən ibarət sərgisi açılıb

“İNFONEWS” xəbər verir.

Naxçıvan Dövlət Universitetinin (NDU) İncəsənət fakültəsində Təsviri incəsənət müəllimliyi ixtisası üzrə II kurs tələbələri ilə birgə kafedranın baş müəllimi Siddiqə Hacıyevanın ərsəyə gətirdikləri xalça və tikmə nümunələrindən ibarət sərgi təşkil edilib.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən kiNaxçıvan bürosuna bildirilib ki, sərgidə 50-yə yaxın dekorativ əl işləri, tikmələr, rəsm nümunələri nümayiş olunub. Naxçıvan xalçaları, xovlu, xovsuz xalçalar, şəddə, vərni, kilim, cecim, duz torbası və digər əl işlərində xalçaçılıqda işlədilən ornamentlər öz əksini tapıb.
Tədbirdə müəllim və tələbələrin sərgi ilə bağlı fikirləri səsləndirilib, tapşırıq və tövsiyələr dəyərləndirilib.
Qeyd edək ki, sərgidə Siddiqə Hacıyevanın müəllifi olduğu muxtar respublikanın xalçaçılıq xəritəsi maraqla qarşılanıb. Orijinal üslubda yaradılan xəritədə Naxçıvanın rayonlarının özünəməxsus xalça ornamentləri öz əksini tapıb. Həmçinin sərgidə milli ornamentlərin əks olunduğu kulinariya nümunələri də yer alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir