Bu gün futbol üzrə Azərbaycan Birinci Divizionunda 25-ci tura start verilib.
“İNFONEWS” xəbər verir ki,ilk oyun günündə üç görüş baş tutub. Turun açılış matçında “Qarabağ”ın əvəzediciləri “Keşlə”nin ikinci komandası üzərində inamlı qələbəyə sevinib.
“Sabah”ın əvəzediciləri isə üçüncü pillədə qərarlaşmış “Turan Tovuz”u qəbul edib. Altı qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.
Lider “Neftçi”nin ikinci komandası isə “Kəpəz”lə qarşılaşıb. “Ağ-qaralar” doğma meydanda qalib gəlməklə vaxtından əvvəl çempion olublar. Çempionla yanaşı, “Zaqatala” və “Turan Tovuz”un da mövsümü medalla başa vuracağı dəqiqləşib. Onların meyar əyarı isə son iki turda bəlli olacaq.
Birinci Divizion
25-ci tur
6 may
Qarabağ-2 – Keşlə-2 3:1
Qol: Seyxan Fərəcov, 10; 22. Musa Musazadə, 45+1 – Xəzər Mahmudov, 9.
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Tərlan Talıbzadə, Əliyar Ağayev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Kərim Ağayev
“ASCO Arena”, 14:00
Sabah-2 – Turan Tovuz 3:3
Qol: Təbriz İsazadə, 42. Abdulla Xaybulayev, 44. Camal Cəfərov, 74 – Vidadi Cəfərov, 25; 84-pen; 90+2.
Hakimlər: Rauf Allahverdiyev, Elmin Süleymanov, Kərim Zeynalov, Rövşən Rəcəbov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Bank Respublika Arena” (ehtiyat meydança), 16:00
Neftçi-2 – Kəpəz 1:0
Qol: İsmayıl Zülfüqarlı, 65.
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Teymur Teymurov, Rauf Cabarov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Nefçi” klubunun bazası (4-cü meydança), 17:00