Nurlan Novruzov Nepalın “Lalitpur Siti” klubunda qol hesabını açıb.
“INFONEWS” xəbər verir ki, 28 yaşlı hücumçu Super Liqanın 5-ci turunda “Butval”la görüşdə fərqlənib.
Azərbaycanlı futbolçu matçın 5-ci dəqiqəsində başla rəqib qapısına yol tapıb. Bu, oyunda yeganə qol olub və Novruzov komandasına qələbə qazandırıb.
Hazırda “Lalitpur Siti” 6 xalla 4-cü pillədə qərarlaşıb.