BDU-nun tələbələri Hərbi Qənimətlər Parkında olub
”İNFONEWS” xəbər verir.
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin üzvləri Hərbi Qənimətlər Parkında olublar.
BDU-dan bildirilib ki, parkda tələbələrə 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbə, əldə olunmuş hərbi qənimətlər haqqında məlumat verilib. Azərbaycan Ordusunun əzmi və qətiyyəti hərbi qənimətlər fonunda nümayiş etdirilib.
Sonra tələbələr azad olunan ərazilərdən qənimət götürülən hərbi texnikalarla yaxından tanış olub, “Qarabağ Azərbaycandır!” yazılmış 2 mindən çox avtomobilin nömrə nişanlarından ibarət lövhə önündə xatirə fotosu çəkdiriblər.
Qeyd edək ki, Hərbi Qənimətlər Parkında İkinci Qarabağ müharibəsi zamanı qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir.