Maskaların ləğvindən əlavə sürpriz qərarlar olacaq
Həkim mütəxəssis Vasif İsmayıl maskaların ləğvi ilə bağlı açıqlama verib.
“İNFONEWS” xəbər verir ki, “ARB 24” kanalında yayımlanan ”İş vaxtı” proqramının qonağı olan həkim maska ilə bağlı qadağaların aradan qaldırıla biləcəyini açıqlayıb:
“Fikrimcə, yaxın zamanlarda bu qərarı verəcəklər. Çünki Azərbaycan üçün yoluxma sayında yaxın 6-9 ay arası nisbətən stabillik gözlənilir. Peyvəndlənmə davam edir. Bu da əhalidə kütləvi immunitet yaranmasına səbəb olur. Buna görə də düşünürəm ki, yumşaldılmalar daha da artacaq. Maska isə, əlbəttə, bunun həlli birinci gözlədiyimiz məsələdir.
Sadəcə müəyyən meydanlarda, küçələrdə inslar çox olur, orada, ola bilsin ki, maska taxmaq şərtləri saxlanılsın, amma parklarda, əhalinin sıx olduğu yerlərdə, böyük ehtimal, bu qayda yumşaldılacaq. Mən bu məlumatı heç bir yerdən almamışam. Sadəcə məntiqlə bunu düşünürəm”.