ABŞ-ın təbii qaz istehsalı azalıb
”İNFONEWS” xəbər verir.
Cari ildə ABŞ-ın təbii qaz istehsalı 7 faiz azalıb.
Bərpaolunan enerji mənbələrində artan rəqabət nəticəsində təbii qaz istehsalı 2017-ci ildən indiyədək ilk dəfə azalıb. Bu ilin ilk 4 ayında 48 ştatda təbii qazla işləyən elektrik stansiyalarında istehsal gündəlik orta hesabla 3.394 giqavat/saat (GWh) təşkil edib.
Bu dövrdə ölkənin elektrik enerjisi istehsalı 2020-ci ilə nisbətən 6,6 faiz artıb.
Ötən ilin mayından cari ilin fevralınadək ABŞ-da 15 faiz artımla 22,5 giqavat (GW) külək və günəş elektrik enerjisi istehsal gücü yaradılıb.