Azərbaycanda koronavirusa qarşı 2 milyon 21 min 371 vaksin vurulub

Azərbaycanda koronavirusa qarşı 2 milyon 21 min 371 vaksin vurulub

”İNFONEWS” xəbər verir.

Mayın 25-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 34 min 287 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 24233, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 10054 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 2 milyon 21 min 371-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 158 min 631, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 862 min 740 nəfərdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir