Niderland daha sürətli yayılan yeni bir koronavirus növünün ortaya çıxmasından sonra Böyük Britaniyaya səyahət məhdudiyyətini ləğv edib.
İNFONEWS xəbər verir ki, İngiltərədən gələn Niderland və Avropa İttifaqı (Aİ) vətəndaşları da daxil olmaqla bütün sərnişinlərin Covid-19 testlərinin mənfi olduğu halda ölkəyə girişinə icazə veriləcək.
Ölkəyə dəniz və ya hava nəqliyyatı ilə gələn sərnişinlərin ən geci 72 saat əvvəl hazırlanmış və koronavirus testinin mənfi olduğunu göstərən sənəd təqdim etmələrinin lazım olduğu qeyd edilib.