Böyük Britaniyanın Baş naziri Boris Consonun toy mərasimindən foto yayılıb.
“INFONEWS” xəbər verir ki, fotonu sosial şəbəkədə Consonun həyat yoldaşı Kerri Saymonds paylaşıb.
Cütlük mayın 29-da gizli nikah mərasimi ilə ailə qurub. Onlar öz toylarını gələn yay ailə üzvləri və dostları ilə birgə keçirəcəklərini bildiriblər.
Qeyd edək ki, 56 yaşlı Consonla 33 yaşlı həyat yoldaşının sevgi münasibəti mediaya 2019-cu ildə bəlli olub. Ötən ilin aprelində cütlüyün Uilfred adlı oğlu doğulub. Saymonds 2012-ci ildə London meri seçkilərində Boris Consonun qərargahında çalışıb.