Ukraynanın Tailanddakı səfiri Andrey Beşta Ko-Lipe adasındakı oteldə dünyasının dəyişib.
“INFONEWS” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. Səfirin meyitinin üzərində zorakılıq əlamətlərinin aşkarlanmadığı qeyd olunur.
Beştanın meyiti səhər saat 06:30 radələrində otel otağında tapılıb. Səfirin oğlunun sözlərinə görə, atası dünən özünü yaxşı hiss etsə də, saat 04:30 radələrində zəhərlənmə simptomları ilə yuxuduan durub, daha sonra isə huşunu itirib.
Diplomatın meyiti ölüm səbəbini müəyyənləşdirmək üçün Banqkokdakı xəstəxanalardan birinə göndərilib.
Qeyd edək ki, 45 yaşlı Beşta 2015-ci ildə Ukraynanın Tailanddakı səfiri təyin olunub.