İmişlidə “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızdan bir qrupunun uşaqları ilə görüşülüb.

İmişlidə “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızdan bir qrupunun uşaqları ilə görüşülüb.

”İNFONEWS” xəbər verir.

“1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə İmişli gəncləri tərəfindən 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəman imişlilərin ailələrinə baş çəkilib və onların körpə balalarını hədiyyələr təqdim etməklə sevindiriblər.

8 şəhid ailəsində olan 16 nəfər şəhid övladları bu görüşdən çox məmnun olduqlarını bildiriblər. Görüşdə kədərli anlar olsa da, şəhid uşaqlarının özləri kimi doğmaları da bu görüşü yüksək qiymətləndiriblər. Gənclər görüşlərdə nəqliyyatın təşkil olunmasında İmişli Rayon İcra Hakimiyyətinə, şirniyyatların hazırlanmasında “İmişli tortlar və şirniyyatlar sexi”nin rəhbəri Səbinə xanıma, uşaq oyuncaqlarına görə “Oyuncaq və intex” mağazasının sahibi Vurğun bəyə, tortların və şirniyyatın daşınmasında soyuducu sistemi olan maşının təşkili üçün “Əssəlam” şirkətinin sahibi Cavid bəyə, “Ailəvi market”in rəhbərliyinə dərin təşəkkür və minnətdarlıqlarını bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir