Azərbaycanın Zəfər dövrünün uşaqları, bayramınız mübarək!
“İNFONEWS” xəbər verir.
Təqvimin bu günü Uşaqların Beynəlxalq Müdafiəsi günü kimi qeyd edilir.
Bu il bütün bayramlar xalqımız üçün bir başqa ahəngdə, başqa əhvalda keçirilib, eləcə də 1 İyun – Uşaqlar günü…
Bəli, bu il bütün xaricdə yaşayan soydaşlarımız azərbaycanlı olduqları ilə bir daha fəxr etdilər, Azərbaycanda “hər atılan addımda” bərabərlik göstərib, Haqq mübarizəmizdə yaxından iştirak edib, bir çox xalqlar üçün həmrəylik rəmzinə çevrildilər.
Həmvətənlərimiz doğma yurdumuzdan uzaqda yaşamaqlarına baxmayaraq bayrağımızı uca tutur, övladlarına şərəfli xalqın qanını-soyunu daşıdıqlarını söyləyir, vətənpərvərlik ruhunda tərbiyə edirlər.
Rusiyanın Arxangelsk vilayətinin Naryan-Mar şəhərində yaşayan gənc Mirzəyevlər ailəsini də belə ailələrdən saymaq olar. Ailə başçısı Marsel Mirzəyev Azərbaycanımıza olan sevgi payını övladları ilə paylaşır, adət-ənənələrimizi yaşadır. Ən əsası isə, Marsel xalqımızın gələcəyinin savadlı gənclərlə inkişafını dəstəkləyərək, övladlarına mükəmməl təhsil vermək niyyətindədir.
M.Mirzəyevin 4 yaşlı oğlu Rəsul şəhər kitabxanasının ən balaca oxucusudur. Kiçik olmasına baxmayaraq, Rəsul artıq kitabxananı, kitablar aləmini və mütaliəni sevir.
“İNFONEWS” komandası olaraq, başda Şəhidlərimizin bizə əmanət etdikləri övladları olmaqla, bütün uşaqların bayramını təbrik edir, onlara firavan ömür arzu edirik.