Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev mərkəzi icra hakimiyyəti orqanlarında ictimai nəzarətin həyata keçirilməsi, bu sahədə…
"İNFONEWS" İnformasiya Agentliyi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə aztəminatlı və digər həssas qruplardan olan ailələrə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə sovqatların çatdırılmasına başlanılıb.
Heydər Əliyev Fondunun və “Regional İnkişaf” İctimai Birliyinin həyata keçirdiyi aksiya respublika üzrə 100 minədək ailəni əhatə edəcək. Bura aztəminatlı ailələrlə yanaşı, sağlamlıq imkanları məhdud uşaqlar, 5 və daha artıq uşaqlı, Ermənistanın hərbi təcavüzü zamanı dəymiş zərərlər nəticəsində evlərini tərk edən ailələr daxildir.
Fondun rəsmi saytında yayımlanan xəbərə görə ərzaq məhsullarından ibarət sovqatların vətəndaşlara çatdırılması mövcud karantin rejiminin tələblərinə əməl olunmaqla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə həyata keçirilir. “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri aksiyanın həyata keçirilməsində yaxından iştirak edirlər.
Sovqatların paylanılması dekabrın sonunadək davam edəcək.
Qeyd edək ki, aztəminatlı ailələri və xüsusi qayğıya ehtiyacı olan şəxsləri daim diqqətdə saxlayan Heydər Əliyev Fondu onlarla bağlı mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. İndiyədək respublika üzrə sosial yardım alan ailələrə Yeni il, Novruz və Ramazan bayramlarında sovqatlar çatdırılıb, sosial yardıma ehtiyacı olan minlərlə şəxs üçün bayram süfrələri təşkil edilib, hədiyyələr verilib. Eləcə də yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə elan olunmuş xüsusi karantin rejimi dövründə evdən çıxması qadağan edilən yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və “Biz birlikdə güclüyük” layihəsi çərçivəsində aztəminatlı ailələrə ərzaq payları çatdırılıb.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə ailələrə çatdırılan bayram sovqatı qutusuna aşağıdakılar daxildir:
| s/s | Məhsulun adı | Miqdar (ədəd) |
| 1 | Çay (“Azərçay” və ya “Final”, 800 qr) | 1 |
| 2 | Qənd (“Azərşəkər” və ya“Gülüm”, 800 qr) | 2 |
| 3 | Şəkər tozu (“Richmond”, ”Azərşəkər” və ya “Evim”, 800 qr) | 2 |
| 4 | Düyü (“Richmond” və ya “Domaşneye”, 800 qr) | 3 |
| 5 | Bulqur (“Mizzo”, 800 qr) | 1 |
| 6 | Makaron (“Karmen”, “Doymak”, “Makara” və ya “Nova mak”) | 2 kq |
| 7 | Vermişel (“Karmen”, “Doymak”, “Makara” və ya “Nova mak”) | 2 kq |
| 8 | Mərcimək (“Mizzo”, 800 qr) | 1 |
| 9 | Günəbaxan yağı (“Evim”, “Final və ya Yurdum”, 1 lt) | 1 |
| 10 | Əridilmiş yağ (“Ana bala”, 1.745 kq) | 1 |
| 11 | Un (“Karmen”,“Doymak”, “Oman” və ya “Fellini”) | 3 kq |
| 12 | Tomat pastası (“Blendo”, 275 qr) | 1 |
| 13 | Duz (“Salute”, 1 kq) | 1 |
| 14 | Konfet (“Karamel-ka”, “Estella”, “Assorti” və ya “Kometa”, 1 kq) | 1 |
| 15. | Toyuq (“Mərcan”, “Giləzi”, “Lebro”, “Siyəzən”, “Şəfa” və ya “Dəvəçi toyuqları”, 1.2-1.4 kq) | 2 |
#HeydərƏliyevFondu #Sovqat #Yardımlar #Pandemiya
Qarabağ və pandemiyayla bağlı proqnozları gerçəkləşən Vanqadan 2021-ci il “sürprizləri”
“Siz çoxlu qan olan ölkədən gəlmisiz. Uşaqların ağlamağını eşidirəm, öz gəlinliklərini yandıran qızlar görürəm. Geri çəkilin.…
Partiyaların maliyyə problemlərinin həllinə dəstək veriləcək
İNFONEWS xəbər verir ki, Milli Məclis komitələrinin birgə iclası keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata…
Millət vəkili hərbçilərin pul təminatlarının artırılmasını təklif etdi
İNFONEWS “Modern.az”-a istinadən xəbər verir. Milli Məclisin deputatı Azay Quliyev parlamentdə keçirilən büdcə müzakirələri zamanı deyib:…
Qüdrət Həsənquliyev TƏBİB-in ləğv olunmasını təklif edib
İNFONEWS xəbər verir ki, Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında deyib: “Hesab edirəm ki, biz…

2020-ci ilin 24 dekabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Peşəkarla görüş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Görüşün qonağı 44 günlük Zəfər Yürüşünün iştirakçısı, “Vətən Müharibəsi Qəhramanı”, mayor Elnur Şirinov olub.
Əvvəlcə, MDU-nun əsas tədris korpusunda xalqımızın ümummilli lideri Heydər Əliyevin büstünün və universitetin şəhid məzunlarının xatirə guşəsinin qarşısına gül dəstələri düzülüb, Ulu Öndərin və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
MDU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə “Microsoft Teams” platforması üzərindən online formatda “Tarixi Zəfər” mövzusunda keçirilən görüşün moderatoru MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz Azərbaycan Ordusunun rəşadəti sayəsində Vətən müharibəsində əldə olunan şanlı qələbə münasibətilə tədbir iştirakçılarını təbrik edib, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib.
Tədbirin tarixi zəfərin memarı, qalib xalqın qalib lideri kimi adı Azərbaycan tarixinə və qədirbilən xalqımızın yaddaşına əbədi yazılan Ali Baş Komandanımız cənab İlham Əliyevin doğum gününə həsr edildiyini diqqətə çatdıran rektor MDU-nun professor-müəllim, inzibati-texniki, tələbə və məzun heyəti adından ölkə başçısını təbrik edib.
Möhtərəm Prezidentimizin müvafiq fərman və sərəncamlarını diqqətə çatdıran Ş.Bayramov Vətən müharibəsində canından və qanından keçmiş şəhidlərmizin xatirəsinin uca tutulması, onların adlarının əbədiləşdirilməsi, cəsur əsgər və zabitlərimizin şücaətlərinin yüksək qiymətləndirilməsi və qəhrəmanlıqlarının təbliğ edilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən bəhs edib.
MDU-nun “Peşəkarla görüş” layihəsinin bugünkü qonağı qismində “Vətən Müharibəsi Qəhramanı”, mayor Elnur Şirinovun iştirak etməsindən böyük məmnunluq və qürur hissi keçirdiyini bildirən rektor görüşün əsas məqsədinin mingəçevirli qəhrəman zabitimizin keçdiyi şərəfli döyüş yolu, göstərdiyi igidlik və vətənpərvərlik nümunəsi, hərbi peşəkarlığı və digər müsbət keyfiyyətləri barədə tələbə gəncləri məlumatlandırmaq, onların vətənə, xalqa və dövlətə bağlı, layiqli vətəndaş kimi yetişdirilməsi işinə töhfə vermək olduğunu vurğulayıb.
Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən nümayiş etdirdiyi igidlik və mərdliyə görə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülməsi münasibətilə E.Şirinovu ürəkdən təbrik edən Ş.Bayramov, dəvəti qəbul edib görüşdə iştirak etdiyi üçün ona təşəkkürünü bildirib.
Səmimi dialoq şəraitində keçən görüşdə E.Şirinov belə bir əlamətdar gündə MDU-nun tələbə, magistrant və professor-müəllim heyəti üzvlərinin iştirak etdiyi görüşə qatılmaqdan məmnunluğunu ifadə edib. Qalib Ordunun zabiti kimi sonsuz fəxarət hissi keçirdiyini qeyd edən mayor tarixi qələbənin əldə olunmasında Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin, göstərdiyi güclü siyasi iradənin misilsiz rolundan və qəhrəman Azərbaycan Əsgərinin rəşadətindən bəhs edib.
Vətən Müharibəsinin otuz illik yurd həsrətinə son qoyulması ilə nəticələnməsindən yüksək qürur hissi duyduğunu bildirən E.Şirinov işğal altında olan torpaqlarımızın azad edilməsinin şəhidlərimizin və qazilərimizin böyük fədakarlığı və qəhrəmanlığı sayəsində mümkün olduğunu diqqətə çatdırıb.
Füzulidən başlayaraq Şuşanın azad olunmasınadək şərəfli döyüş yolu keçən E.Şirinov qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsində şəxsi heyətin, eləcə də həkimlərin göstərmiş olduğu qəhrəmanlıqdan bəhs edib. Ali Baş Komandanın yüksək sərkərdəlik məharətindən, onun cəsarətli çıxışlarından, xalqın mənəvi dəstəyindən, haqq-ədalətin tərəfimizdə olmasından və doğma Qarabağın səfalı təbiətindən ilham alaraq hər zaman yüksək vətənpərvərlik və mübarizlik ruhu ilə döyüşlərə qatıldığını bildirən mayor qələbəyə gedən yolda bu amillərin əhəmiyyətini xüsusi yvurğulayıb.
2020-ci ilin 10 dekabr tarixində keçirilən möhtəşəm Zəfər paradında iştirakı ilə bağlı təəssüratlarını bölüşən E.Şirinov müzəffər Azərbaycan Ordusunun qalib zabiti kimi torpaqlarımızın azad edilmısində böyük şücaət göstərmiş hərbiçilərimizlə bir sırada Azadlıq meydanında üzüağ, alnıaçıq və qürurla addımlaqdan keçirdiyi yüksək fəxarət hissindən danışıb.
Vətənpərvər olmaq üçün vətəni sevməyin və vəzifə borcunu layiqincə həyata keçirməyin gərəkli olduğunu vurğulayan qəhrəman zabitimiz bugünün tələbəsi və sabahın əsgərləri olacaq gənclərimizə peşəkar hərbçi olmağın başlıca şərtlərindən danışıb və onlara daim öz bilik və bacarıqlarını artırmağı tövsiyə edib.
Sonda, mayor E.Şirinov gənclərimizdə yüksək mənəvi keyfiyyətlər və peşəkarlıq bacarıqları aşılayan belə bir layihənin həyata keçirilməsinə görə MDU rəhbərliyinə təşəkkürünü bildirib.
#PeşəkarlaGörüş4 #VətənMüharibəsiQəhramanı








“ÖZÜNDƏN SORUŞDUQ”- da Niyə gənclər UNEC-i seçir?
Sevinc Məhsimova: ƏLİLLİYİ OLAN TƏLƏBƏLƏRİN DİGƏR TƏLƏBƏLƏRLƏ BİRLİKDƏ EYNİ MÜHİTDƏ TƏHSİL ALMASINA, ONLARIN CƏMİYYƏTƏ TAM…
DİN-in Nardaranda iki inzibati binası açıldı – FOTO
Dekabrın 24-də Daxili İşlər Nazirliyinin (DİN) Sabunçu rayonunun Nardaran qəsəbəsindəki xidməti binası və Əlahiddə Çevik Polis…
Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı – RƏSMİ
Azərbaycanda koronavirus infeksiyasına 1 850 yeni yoluxma faktı qeydə alınıb, 4 226 nəfər müalicə olunaraq sağalıb…