Məşhur idmançı tryuk zamanı faciəvi şəkildə öldü
Məşhur motosiklet sürücüsü Aleks Harvil məşq zamanı həyatını itirib.
“İNFONEWS” “Haber Global”a istinadən xəbər verir ki, ABŞ-ın ekstremal idman növlərində ən çox tanınan siması olan “Daredevil” ləqəbli Harvil idman ictimaiyyətini yasa boğub.
28 yaşlı idmançı rampa konstruksiyasından tullanarkən qəza keçirib. 351 metr tullanma rekordunu qırmaq istəyən Aleks Harvil həyatla vidalaşıb.
Qeyd edək ki, hadisə ilə əlaqədar istintaq başladılıb. Harvil evli olub və iki övladı var.