Nvidia-nın keçmiş rəhbəri Jensen Huang ABŞ Senatında ifadə verəcək

Nvidia-nın keçmiş rəhbəri Jensen Huang ABŞ Senatında ifadə verəcək

Nvidia şirkətinin keçmiş baş icraçı direktoru Jensen Huang Çin adına casusluqda şübhəli bilinən qadınla münasibətdə olması ilə bağlı iddialara görə gələn ay ABŞ Senatının müvafiq komitəsində ifadə verməyə çağırılıb.

“İNFONEWS” xəbər verir ki, Dünyanın ən dəyərli şirkətlərindən birinə rəhbərlik etmiş Huang evlilikdənkənar münasibətləri ilə bağlı xəbərlərin yayılmasından sonra cümə axşamı günü vəzifəsindən istefa verib. Onun gözlənilməz istefası Silikon Vadisində geniş rezonans doğurub.

Digər tərəfdən, Nvidia-nın süni intellekt sahəsində istifadə olunan həssas çiplərinin Çinə ixracı ilə bağlı müzakirələr ABŞ administrasiyasının da diqqət mərkəzindədir. ABŞ-ın ticarət naziri Howard Lutnick də dekabr ayında Senatın Bankçılıq Komitəsində ifadə verməyə çağırılıb.

Skandal ətrafında müzakirələr davam edərkən Nvidia-nın bazar dəyərinin cəmi beş gün ərzində 550 milyard dollar azaldığı bildirilir.

Senatın Bankçılıq Komitəsinin sədri, Cənubi Karolinadan olan respublikaçı senator Tim Scott cümə axşamı həm Jensen Huang, həm də Howard Lutnickə məktub göndərərək onları komitədə ifadə verməyə dəvət edib.

Scott sosial şəbəkə hesabında məsələ ilə bağlı açıqlamasında bildirib:

“Son xəbərlər milli təhlükəsizliyimiz və ABŞ-ın həssas texnologiyalarının qorunması ilə bağlı ciddi narahatlıqlar yaradır”.

Qeyd edək ki, məsələ ABŞ-da texnoloji təhlükəsizlik, süni intellekt çiplərinin ixracı və Çinlə münasibətlər kontekstində müzakirələrə səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir