17 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib
“İNFONEWS” xəbər verir.
İyulun 23-də Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Müşavirədə qeyd edilib ki, 2021-ci ilin birinci yarımilində xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb, aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 17 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.