“İNFONEWS” xəbər verir.

Azərbaycan idmançıları gələn həftə birinci MDB Oyunlarına yola düşəcəklər.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 4-11-də Kazan şəhərində keçiriləcək Oyunlarda Azərbaycan böyük nümayəndə heyəti ilə təmsil olunacaq.

Komandamız badminton (8 idmançı), basketbol (4), boks (9), cüdo (16), futzal (13), stolüstü tennis (8), stend və güllə atıcılığı (3), karate (20), kəmər güləşi (4), köreş (5), qadın güləşi (6), sambo (7), sərbəst güləş (10), yunan-Roma güləşi (9), muaytay (tayboks) (6) idman növlərində mübarizə aparacaqlar.

Nümayəndə heyətinin şef-demissionu Olimpiya çempionu, nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurovdur.

Azərbaycan nümayəndə heyəti Kazana avqustun 30-dan etibarən yola düşəcək. Yarışa əvvəlcə boksçularımız və güləşçilərimiz, daha sonra digər növlər üzrə idmançılarımız yollanacaqlar. Komandamız Vətənə sentyabrın 13-də qayıdacaq.

Şef-demissionun müavini Aydın Məmmədov komandanın yerləşmə və digər məsələlərini yerində yoxlamaq üçün əvvəlcədən Kazana yollanacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir