Hava proqnozu İbrahim Mustafazadənin təqdimatında

Hava proqnozu İbrahim Mustafazadənin təqdimatında

“İNFONEWS” –un start verdiyi “Hava proqnozu həyatımızı bəzəyən balacaların təqdimatında” lahiyəsi davam edir.

Bu buraxılışda hava haqqında məlumatı Mustafazadələr ailəsinin sevinc payı, bibisinin ürəyinin nur parçası, igid oğlumuz İbrahim təqdim edir:

Avqustun 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 24-26° isti, gündüz 34-36° isti, Bakıda gecə 24-26° isti, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq.

Azərbaycanın rayonlarında: Əsasən yağmursuz. Lakin gündüz saatlarında Böyük və Kiçik Qafqazın bəzi dağlıq rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 12-17° isti, gündüz 22-27° isti olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir