Hava proqnozu: Sabah hava necə olacaq? – 24 sentyabr
“İNFONEWS” xəbər verir.
Sentyabrın 25-dən 26-na keçən gecədən başlayaraq Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi yerlərdə yağışın intensivləşəcəyi ehtimalı var. Gündüz yağıntı tədricən kəsiləcək. Sentyabrın 26-sı səhər şimal-qərb küləyinin sürətinin saniyədə 15-20 metr olacağı, arabir 23-25, yarımadanın bəzi yerlərində arabir 28-30 metrədək güclənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında sentyabrın 26-sı gündüzədək qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, şimal-şərq rayonlarında isə güclü olacağı, bəzi yerlərdə dolu düşəcəyi proqnozlaşdırılır. Yüksək dağlıq ərazilərdə yağışın sulu qara keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, sürəti saniyədə 15-20 metr olacaq, arabir 25, Kür vadisi rayonlarında arabir 30 metrədək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.