Naməlum şəhid qəbirləri ekshumasiya edilib

Naməlum şəhid qəbirləri ekshumasiya edilib

Gəncə Şəhidlər Xiyabanında dəfn edilən və bu günə kimi şəxsiyyəti dəqiqləşdirilməyən şəhidlərin qəbirləri ekshumasiya olunub.

“İNFONEWS”-un məlumata görə, məzarlardan nümunələr götürülüb.

Baş Prokurorluğun əməkdaşları tərəfindən məhkəmə-tibbi kriminalistik ekspertin iştirakı ilə ekshumasiya keçirilməklə tibbi-genetik tədqiqat üçün müvafiq ekspertiza aparılıb. Qeyd edək ki, Gəncə şəhərində 49 naməlum əsgər məzarı var.

Məlumat üçün bildirək ki, bir müddət öncə əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası naməlum şəhid məzarları ilə bağlı ekshumasiya və tibbi-genetik ekspertizasının aparılması üçün Baş Prokurorluğa müraciət edib.

Naməlum şəhid qəbirlərinin ekshumasiyası zamanı götürüləcək nümunələrin qarşılaşdırılması üçün isə itkin düşənlərin yaxın qohumlarından DNT nümunələri götürülüb və həmin DNT nümunələr ayrıca olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hospitalında saxlanılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir