Bu gün məktəbəhazırlıq qrupları əyani tədrisə start verir

Bu gün məktəbəhazırlıq qrupları əyani tədrisə start verir

“İNFONEWS” xəbər verir.

Oktyabrın 1-dən etibarən Azərbaycanda ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında əyani tədrisə başlanılır.

Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında” Qərarında öz əksini tapıb.

2021-2022-ci tədris ilində respublika üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 117 min 176 şagirdin təhsilə cəlb olunacağı gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir