Misirdə Azərbaycanın xarici pasportuna bənzəyən kitab nəşr edilib
“İNFONEWS” xəbər verir.
Misirin Qahirə şəhərində “Qarabağ – Azərbaycan” adlı kitab nəşr olunub.
Kitab 27 Sentyabr Anım Gününə həsr edilib.
Kitabın müəllifləri ADG Misir üzrə koordinatoru Səbinə Sultan və gənc alim-ixtiracı, beynalxalq İSEF və “Genius” olimpidasının laureatı Sandi Salem, baş redaktoru Azərbaycanın Misirdəki diasporunun sədr müavini Sədaqət Əliəşrəfdir.
Kitabın rəyçisi AİN Şəms Universitetinin professoru, şərqşünas alim, tarixçi Dr.Ahmed Helmidir.
Böyük sevgi və ehtiramla ərsəyə gələn “Azərbaycan – Qarabağ” kitabının üz qabığı Azərbaycan Respublikasının xarici pasportuna bənzəyir. Məqsədimiz Ərəb dünyası və Misir vətəndaşlarını Azərbaycana, xüsusilə Azərbaycanın ürəyi olan Qarabağa cəlb etmək, doğma vətənimizin təbiət gözəlliklərini hər kəsə nümaiş etdirməkdir.
Bunu kitabın müəlliflərindən Səbinə Sultan öz müsahibəsində söylədi. Eləcə də, onun sözlərinə görə, hal-hazırda “Qarabağ, Azərbaycan” kitabının misirli oxucularına çatdırması məqsədi ilə çox saylı yerli kitabxanalara və təhsil ocağlarına hədiyyə olaraq paylanması aksiyası davam edir.