Hələ bircə dəfə də olsun İcra hakimiyyətinə dəvət olunmamışam
Vətən müharibəsi qazisi Bəhram Nuriyevin FACEBOOK səhifəsi vasitəsilə izləyicilərinə ünvanladığı ismarıcına “İNFONEWS” komandası olaraq, biganə qala bilmədik. Qazimizin bu günlərdə yazdığı statusu 40-dan çox profil tərəfindən paylaşılıb, geniş müzakirələrə səbəb olub. Biz də bunu sizlərlə paylaşmağa qərar verdik.
Mətni olduğu kimi təqdim edirik:
Dostlar, bir məsələni sizinlə paylaşım, çünkü artıq səbrim çatmır. Qəbələ Rayon İcra Hakimiyyəti ayrıseçkiliyi ifrat səviyyədədir. Belə ki, rayon üzrə hər hansısa bir qazi və şəhid ailələri üzrə keçirilən tədbir və yaxud toplantı üçün hələ də bircə dəfə olsun dəvət edilməmişəm. Hələ bircə dəfə də olsun İcra hakimiyyətinə dəvət olunmamışam. Özləri seçib kimi isdəyirlər çağırırlar.
Keçən dəfə intahar etdikdən sonra Qazilər üzrə xidmət rəisi Ramin müəllim özümün sonradan zəng edərək “niyə gəlmirsiz” dedikdən sonra bircə dəfə o gələrək, məni ziyarət edib. Əgər oxuyursa, onu da deyim ki, dəfələrlə zəng eləməsəydim çətin gələrdi.
İndiyə kimi də dövlət tərəfindən dəfələrlə istəmirəm desəm də təkid xahiş ilə demək olar ki, məcburi olaraq yerli bələdiyyənin fondundan 200 AZN adıma pul köçürülüb. Onu da Ramin müəllimin müavini telefonla “biz sənə çox dəstək gösdərmişik”,- deməklə başıma vuraraq, elə həmin 200 manatı zəhərə çevirib. Tezliklə işləyib verdikləri ianəni özlərinə geri qaytarmaq fikrim var.
Ölkə rəhbəri İlham Əliyev İcra hakimləri ilə bağlı “siz vətəndaşlara qulluq etmək üçün təyin olunmusunuz” sözləri deyəsən bunlar üçün adi sözdən ibarətdir.
Haqqım varsa zərrə qədər icra hakimiyyətində oturub xidmət gösdərən heç kimə haqqımı halal eləmirəm.
Siz belə davam edin, mən bilirəm neynəyəcəm.
Məsələni ictimailəşdirməkdə köməklik edin.
Əlaqə: 0559671919
https://www.facebook.com/nuruyev.behram