Azərbaycanda 1315 nəfər COVID-19-a yoluxub, 19 nəfər ölüb
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 315 yeni yoluxma faktı qeydə alınıb, 1850 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan “İNFONEWS”-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 601 028 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 571 088 nəfər müalicə olunaraq sağalıb, 8 038 nəfər vəfat edib, aktiv xəstə sayı 21 902 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 799, ötən müddət ərzində isə ümumilikdə 5 644 853 test aparılıb.