Dünyanın ən yaxşı modeli adını azərbaycanlı qız qazandı
“İNFONEWS” xəbər verir.
Türkiyənin İstanbul şəhərində “Best Model of The World-2021” müsabiqəsinin finalı keçirilib.
Azərbaycanı müsabiqədə təmsil edən model Aydan Yeşildağ birinci yerə layiq görülüb və bununla da dünyanın ən yaxşı modeli seçilib, bəy təmsilçimiz – model Xəqani Hüseynov isə “Best Asia” tituluna sahib olub.
Qeyd edək ki, müsabiqəyə ilk mərhələdən qatılan hər iki model 5 gün ərzində həm gözəllik, həm də istedadlarını nümayiş etdiriblər. Onların Milli Azərbaycan rəqsini ifa etmələri münsiflər və tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib.
“Best Model of The World” hər il İstanbulda keçirilir. Layihənin prezidenti Erkan Özermandır.
Xatırladaq ki, Azərbaycandan ilk dəfə “Best Model of The World” titulunu 2007-ci ildə model Rüstəm Cəbrayılov, ikinci dəfə isə (2019) Nuru Əhmədov qazanıb. Onların hər biri hazırda öz model və aktyorluq karyeralarını davam etdirirlər.